Modern.az

İstanbuldakı partlayış terrordur? 

İstanbuldakı partlayış terrordur? 

13 Noyabr 2022, 20:21

İstanbulun İstiqlal küçəsində baş verən partlayışda terror ehtimalı var.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl İstanbul hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

 

"Əminliklə bunun terror olduğunu desək, səhv ola bilər, amma ilk inkişaflar, valinin bizə verdiyi ilk məlumat göstərir ki, burada terror qoxusu var", - Ərdoğan deyib.

 

O, bir qadının terror aktında iştirak etməsi ehtimalının olduğunu vurğulayıb.

 

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI