Modern.az

Avropanın qaz anbarlarının 95%-i dolub

Avropanın qaz anbarlarının 95%-i dolub

Dünya

13 Noyabr 2022, 20:49

Avropa yeraltı qaz anbarlarını doldurmağa davam edir, hazırda anbarların 95.43-i doludur.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının hesabatında qeyd olunub.

 

Bildirilir ki, Avropanın qaz anbarında 103.6 milyard kubmetr qaz var.

 

Qaz ehtiyatlarının böyük hissəsi, 23.8 milyard kubmetri Almaniyada saxlanılır. 17.9 milyard kubmetrlə İtaliya ikinci, 12.9 milyard kubmetrlə Fransa üçüncü, 8.8 milyard kubmetrlə Avstriya dördüncü yerdədir. Avropa İttifaqında qaz ehtiyatlarının 60%-dən çoxu bu ölkələrin payına düşür. Avropada qaz anbarlarının ümumi tutumu təxminən 110 milyard kubmetrdir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?