NATO müttəfiqi Türkiyə ilə həmrəydir.
Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq "Twitter" hesabında yazıb.
O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib: “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.