İranda Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə iştirak edən 6 etirazçıya hökm oxunub.
Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, 6 nəfərdən 1-i edam cəzasına, digər 5 nəfər isə 5 ildən 10 ilədək həbs cəzasına məhkum edilib.
Edam hökmünün verilməsinin səbəbi belə açıqlanıb: “Şəxs sülhü pozmaq, yer üzündə vəhşilik etmək, dövlətə qarşı müharibə aparmaq, milli təhlükəsizliyə qarşı cinayətlər törətmək kimi məsələlərə görə edam cəzasına məhkum edilib”.
Edam olunacaq etirazçının adı hələlik açıqlanmayıb.
Xatırladaq ki, sentyabrda Məhsa Əmini adlı gənc xanımın əlxaq polisi tərəfindən döyülərək öldürülməsi genişmiqyaslı etirazlara səbəb olub. Ölkənin bütün şəhər və rayonlarını əhatə edən aksiyalarda iştirak edən mindən çox nümayişçi saxlanılıb.