Modern.az

Mirzoyan Çavuşoğluna başsağlığı verib

Mirzoyan Çavuşoğluna başsağlığı verib

Dünya

14 Noyabr 2022, 10:54

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda törədilən terror aktı nəticəsində insan tələfatı ilə əlaqədar türkiyəli həmkarı Mövlud Çavuşoğluna başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Mirzoyan "Twitter" hesabında paylaşım edib.

 

“İstanbulda baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram”, - Mirzoyan bildirib.

 

Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində törədilən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu