Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Balidə keçirilən G20 sammitinə gəldikdən sonra xəstəxanaya yerləşdirildiyi bildirilib.
Modern.az xəbər verir ki, bu barədə AP İndoneziya rəsmilərinə istinadən məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram" kanalında bu məlumatı təkzib edib.
“Sergey Viktoroviçlə İndoneziyada xəbərləri oxuyuruq və gözlərimizə inana bilmirik: onun xəstəxanaya yerləşdirildiyi məlum olur. Bu, əlbəttə ki, saxtaların akrobatikasıdır. Yaxşı, gözləyin, dünya eksklüziv”, - deyə Zaxarova yazıb.