Modern.az

\"Hazırda oteldəyəm\" - Lavrovdan təkzib - VİDEO

\

14 Noyabr 2022, 13:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov xəstəxanaya yerləşdirilməsilə bağlı xəbərləri təkzib edib.

 

Modern.az-ın məlumatına görə, Lavrov bu barədə TASS-a açıqlama verib.

 

O, hazırda oteldə olduğunu qeyd edib. 

 

"Oteldəyəm. Sabahkı sammit üçün materialları oxuyuram", - XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Sergey Lavrovun İndoneziyada xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayılmışdı.

 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?