Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan görüş zamanı bildirib ki, Ermənistan bu ilin avqustunda Rusiya tərəfinin təqdim etdiyi təklifləri dəstəkləyir. Onun sözlərinə görə, bu təkliflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə gələcək danışıqlar üçün əsas ola bilər.
Tərəflər görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin oktyabrın 31-də Soçidə keçirilmiş üçtərəfli görüşünün yekunlarını, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini müzakirə ediblər.
Akif İsmayılov