Modern.az

Universitetin futbol komandasını güllələdilər - Ölənlər var 

Universitetin futbol komandasını güllələdilər - Ölənlər var 

Dünya

14 Noyabr 2022, 21:57

ABŞ-ın Virciniya Universitetinin kampusunda atışma olub.

 

Modern.az xəbər verir ki, tələbələrdən biri universitetin futbol komandasına silahdan atəş açıb.

 

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

 

Kristofer Darnell Cons adlı tələbə şübhəli şəxs kimi müəyyən edilib. Silahlı insidentin detalları barədə hələlik açıqlama verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI