Noyabrın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya xarici işlər nazirinin Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Tərəflər görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması məsələlərini müzakirə ediblər.