Modern.az

Tramp prezidentliyə namizədliyini irəli sürdü

Tramp prezidentliyə namizədliyini irəli sürdü

16 Noyabr 2022, 08:35

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qatılacaq. O, artıq namizədliyini irəli sürüb.

 

Modern.az xəbər verir ki, bununla bağlı rəsmi sənəd ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.

 

Qeyd edək ki, Tramp Respublikaçılar Partiyasının namizədidir. O, 2024-cü ildə keçiriləcək seçkilər üçün namizədliyini təsdiqləmiş ilk siyasətçidir.

 

Tramp xalqa müraciətində namizədliyini Amerikanı yenidən möhtəşəm etmək üçün irəli sürdüyünü bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu