"İlkin məlumatlar Rusiyanın Polşaya raket zərbəsi ilə bağlı iddiaları təkzib edir".
Modern.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Polşaya raket atılmasına münasibət bildirərkən deyib.
"Bunu inkar edən ilkin məlumatlar var. Hər şeyi araşdırana qədər bunu demək istəmirəm", - deyə Bayden "raketin Rusiyadan atıldığını söyləmək üçün tez deyil” sualına cavabında bildirib.
"Trayektoriya baxımından onun Rusiyadan atılması ehtimalı azdır, amma görəcəyik", - deyə ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.