Modern.az

63 yaşlı biznesmen başından güllələndi

63 yaşlı biznesmen başından güllələndi

16 Noyabr 2022, 14:40

Moskva yaxınlığındakı Domodedovoda biznesmen başından güllələnib/

 

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti İstintaq Komitəsinin Moskva yaxınlığındakı mərkəzi ofisinə istinadən məlumat yayıb.

 

“İstintaqın ilkin məlumatlarına görə, noyabrın 15-də Domodedovo şəhərinin Orexovaya küçəsində “Mercedes-Benz” markalı avtomobilin salonunda başından güllə yarası almış 63 yaşlı iş adamının meyiti tapılıb.  Qətl faktı ilə bağlı cinayət işi açılıb”, - nazirliyin məlumatında deyilir.

 

İstintaq "müxtəlif versiyaları" nəzərdən keçirir, təfərrüatlar hazırda açıqlanmır. İş adamının adı açıqlanmır.

 

Cinayətkarın hələ də tapılmadığı bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu