Modern.az

Rusiya ilə təmaslarımız var - NATO rəhbəri

Rusiya ilə təmaslarımız var - NATO rəhbəri

Dünya

16 Noyabr 2022, 19:25

"Rusiya ilə təmaslarımız var. Bu barədə detallı danışmaq istəmirəm".

 

Modern.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının iclasından sonra deyib.

 

Baş katib qeyd edib ki, Ukraynadakı müharibənin səbəbkarı məhz Rusiyadır: "Rusiya Ukraynaya hücum etməsəydi, bu problemlər, itkilər olmazdı".

 

Stoltenberq, həmçinin vurğulayıb ki, NATO müharibənin tərəfdarı deyil.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu