Modern.az

Raket insidenti təxribat nəticəsində baş verib - Baş nazir 

Raket insidenti təxribat nəticəsində baş verib - Baş nazir 

16 Noyabr 2022, 20:27

Raketin Polşanın cənub-şərqindəki kəndinə düşməsi ilə bağlı insident Rusiya tərəfinin təxribatı nəticəsində baş verib.

 

Modern.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuz Moravieski deyib.

 

"Biz istisna edə bilmərik ki, Ukraynanın sərhədə yaxın infrastrukturunun atəşə tutulması belə bir vəziyyətin yarana biləcəyi ümidi ilə qəsdən edilmiş təxribatdır", - Baş nazir Polşa parlamentində çıxışı zamanı bildirib.

 

Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu