Modern.az

Ramzan Kadırov axtarışa VERİLDİ

Ramzan Kadırov axtarışa VERİLDİ

Dünya

17 Noyabr 2022, 00:44

Ukrayna Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verib.

 

Modern.az ​​​​​​xəbər verir ki, onun adı Ukrayna Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

 

Axtarışı Ukrayna Təhlükəsizlik Xidməti aparır. Çeçen lider “Ukraynanın ərazi bütövlüyünə qəsd” və “müharibə başlatma” maddələri ilə başlanmış cinayət işinin istintaqı ilə bağlı axtarışa verilib. Bu maddələrə əsasən, Kadırova 7 ildən 15 ilədək həbs düşür.

 

Onu da qeyd edək ki, oktyabrın 10-da Ukrayna Rusiya qoşunlarının komandanı general Sergey Surovikini ərazi bütövlüyünə qəsd maddəsi ilə axtarışa verib. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu