Modern.az

Donbasda vurulan təyyarə ilə bağlı yekun QƏRAR VERİLDİ

Donbasda vurulan təyyarə ilə bağlı yekun QƏRAR VERİLDİ

Dünya

17 Noyabr 2022, 20:42

Haaqa məhkəməsi 2014-cü ildə Malayziya Hava Yollarına məxsus “MH17” sərnişin təyyarəsinin Ukraynanın Donbas ərazisində vurularaq qəzaya uğraması ilə bağlı hökm çıxarıb.

 

Modern.az xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi təyyarənin Rusiya istehsalı "Buk" raketi ilə vurulduğunu təsdiqləyib.

 

Məhkəmə sərnişin təyyarəsinin raketlə vurulmasında təqsirləndirilən Oleq Pulatovun günahkar olmadığına dair qərar verib.

 

Haaqa məhkəməsi İqor Strelkovu (Qirkin), Sergey Dubinskini və Leonid Xarçenkonu “MH17” təyyarəsinin raketlə vurulmasında və 298 sərnişinin ölümündə təqsirli bilib. Onlar qiyabi olaraq ömürlük həbs cəzasına məhkum ediliblər.

 

Məhkəmə həlak olanların yaxınlarına verilən təzminatın ümumi məbləğini 16 milyon avrodan çox qiymətləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu