ABŞ İranın neft sektoru ilə işləyən 13 şirkətinə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yayılıb.
Sanksiya siyahısına BƏƏ və Çində, xüsusən də Honq Konqda qeydiyyatdan keçmiş şirkətlər daxildir.
Bundan əlavə, sanksiya siyahısına daxil edilmiş şirkətlərin bütün əmlak və aktivləri bloklanmalıdır.