Modern.az

Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü 

Qəzzada dəhşətli yanğın - 21 nəfər öldü 

Dünya

17 Noyabr 2022, 23:42

Qəzza zolağında ziyafət keçirilən binada güclü yanğın baş verib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 21 nəfər ölüb.

 

Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.

 

Akif İsmayılov 

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu