Modern.az

ABŞ-ın silah ehtiyatları tükənir 

ABŞ-ın silah ehtiyatları tükənir 

Dünya

18 Noyabr 2022, 00:15

Ukraynaya hərbi yardım fonunda ABŞ-ın bəzi silah ehtiyatları tükənir.

 

Modern.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbələrin bildirdiyinə görə, ABŞ-ın 155 mm-lik mərmi, “Stinger” zenit raketləri, HARM antiradar raketləri, GMLRS raketləri və “Javelin” tank əleyhinə raketlərə ehtiyacı var.

 

ABŞ-ın müdafiə naziri Lloyd Austin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley vəziyyəti yaxından izlədiklərini bildiriblər.

 

Sentyabrın 10-da Pentaqon Ukraynaya yardım etdikdən sonra silah ehtiyatlarının artırılması üçün 1,2 milyard dollarlıq müqavilələr imzalayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu