Qırğızıstan parlamenti bu gün Özbəkistanla sərhədin sonuncu mübahisəli hissələrinə dair saziş layihəsini təsdiqləyiblər.
Modern.az xəbər verir ki, parlamentin 90 deputatından 60-ı layihənin lehinə səs verib.
Parlamentarilər noyabrın əvvəlində iki ölkənin xarici işlər nazirləri tərəfindən Kəmpir-Abad (Əndican) su anbarı və sərhədin ayrı-ayrı hissələri ilə bağlı imzalanmış ikitərəfli sazişləri təsdiqləyiblər.
Bununla iki ölkə arasında demarkasiya prosesi tam başa çatıb.
Akif İsmayılov