Modern.az

Böhrandan xilas yolu - Maliyyə planı təqdim olundu

Böhrandan xilas yolu - Maliyyə planı təqdim olundu

18 Noyabr 2022, 08:42

Böyük Britaniya hökuməti yeni maliyyə planını açıqlayıb.

 

Modern.az xəbər verir ki, ölkənin maliyyə naziri Ceremi Hant iqtisadiyyata sabitlik gətirmək, son 41 ilin pik nöqtəsində olan inflyasiyanın aşağı salınması üçün hazırlanan maliyyə planını təqdim edib.

 

Plan dövlət xərclərinin milyardlarla funt-sterlinq azaldılmasını və vergilərin artırılmasını nəzərdə tutur.

 

Nazir hazırda ölkənin tənəzzüldə olduğunu etiraf edib. O, enerji qiymətlərinin artması səbəbindən ev təsərrüfatlarına yardımların davam edəcəyini, lakin aprel ayından etibarən onun miqdarının azalacağını bildirib. Həmçinin qeyd olunub ki, enerji şirkətlərindən alınan artıq mənfəət vergisinin dərəcəsi 25 faizdən 35 faizə qaldırılacaq. Eyni zamanda sosial müavinətlər və pensiyalar inflyasiya tempi ilə artacaq.

 

Plana əsasən, 23 yaşdan yuxarı işçilər üçün saatlıq minimum əmək haqqı 9,50 funt-sterlinqdən 10,42 funt-sterlinqə qaldırılacaq. Ölkənin müdafiə xərcləri milli gəlirin 2 faizi səviyyəsində olacaq.

 

Qeyd edək ki, Böyük Britaniyada illik inflyasiya 11,1 faizə yüksəlib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu