Son sutka ərzində Ukrayna hərbçiləri daha 350-yə yaxın rus işğalçısını məhv edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
Qeyd edilib ki, fevralın 24-dən bu günə kimi düşmənin ümumi döyüş itkiləri təqribən 83 460 nəfər təşkil edib, onlardan 350-si son sutka ərzində öldürülüb.
Rusiyanın ümumi itkiləri aşağıdakı kimi göstərilib:
şəxsi heyət – 83460 (+350) nəfər;
tanklar - 2879 (+1) ədəd;
zirehli döyüş maşınları-5808 (+4) ədəd;
artilleriya sistemləri-1865 (+5) ədəd;
reaktiv yaylım atəşi sistemləri - 393 (+0) ədəd;
hava hücumundan müdafiə sistemləri - 209 (+0) ədəd;
təyyarələr - 278 (+0) ədəd;
helikopterlər - 261 (+0) ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA - 1536 (+5) ədəd;
qanadlı raketlər - 480 (+6) ədəd;
gəmilər / qayıqlar - 16 (+0) ədəd;
avtomobil avadanlığı və yük maşınları - 4366 (+4) ədəd;
xüsusi avadanlıq - 161 (+1) ədəd.
Qeyd olunur ki, düşmən ən çox itkiləri Limanski və Avdeyevski istiqamətlərində verib.