Rəsmi Moskva Rusiya ilə ABŞ arasında məhkumların dəyişdirilməsi məsələsinin daha da aktivləşəcəyinə ümid etdiyini bildirib.
Modern az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb.
Onun sözlərinə görə, hazırda ABŞ-da həbsdə olan silah baronu Viktor But da dəyişdiriləcək şəxslər siyahısında yer alıb.
O, dünyanın ən məşhur silah alverçilərindən biridir. But silah qaçaqmalçılığı, qeyri-qanuni ticarətlə məşğul olub və Taylandda həbs edilib. SSRİ ordusunun zabiti olan Viktor But daha sonra ABŞ-a ekstradisiya edilib və burada ona 25 il həbs cəzası verilib.
Sergey Ryabkov jurnalistlərə məhbusların mübadiləsi və ABŞ-Rusiya müzakirələrinin mümkünlüyü barədə danışıb.
Bundan əvvəl ABŞ rəsmi olaraq amerikalı basketbolçu Britni Qrinerin azad edilməsi üçün məhbusların mübadiləsini təşkil etməyə hazır olduğunu açıqlamışdı.
Akif İsmayılov