Modern.az

ABŞ Ukraynaya daha çox yardım vəd edir

ABŞ Ukraynaya daha çox yardım vəd edir

Dünya

19 Noyabr 2022, 09:10

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün maliyyənin artırılmasına hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

Onun sözlərinə görə, ABŞ Ukraynaya daha çox kömək edəcək: "Hazırda Konqres ilə gələcəkdə əlavə maliyyələşdirmə ilə bağlı işlər aparılır. Bu maliyyə ABŞ-ın Ukraynaya göstərəcəyi yardım üçün lazımdır".

 

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən təcili yardım üçün daha 37,7 milyard dollar ayırmağı xahiş edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu