Modern.az

Sunakdan Ukraynaya dəstək: Sona qədər sizinləyik!

Sunakdan Ukraynaya dəstək: Sona qədər sizinləyik!

Dünya

19 Noyabr 2022, 18:24

Britaniya Ukraynanı sona qədər dəstəkləyəcək.

 

Modern.az xəbər verir ki, bunu Kiyevə gözlənilməz səfər edən Böyük Britaniyanın baş naziri Rişi Sunak özünün "Twitter" hesabında yazıb.

 

O vurğulayıb ki, Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir: "Biz sona qədər sizinləyik".

 

Sunak həmçinin qeyd edib ki, Britaniya Ukraynaya 125 ədəd hava hücumundan müdafiə qurğusu silahı və xüsusi avadanlıq göndərəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu