Modern.az

Polşa bomba sığınacaqlarının sayını artırır

Polşa bomba sığınacaqlarının sayını artırır

Dünya

19 Noyabr 2022, 20:28

Polşa hakimiyyəti son insident fonunda ölkədə bomba sığınacaqlarının sayını artırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski RMF radiostansiyasının efirində bildirib.

 

Onun sözlərinə görə, ilin sonuna kimi sığınacaqların inventarlaşdırılması aparılacaq.

 

"Biz sığınacaqlar üçün yeni obyektlər tapmalı və vətəndaşlar üçün sığınacaq olacaq yerlərin sayını artırmalıyıq", - deyə nazir söyləyib.

 

Xatırladaq ki, noyabrın 15-də Rusiya ordusu Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonra məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu