Rusiya İranın pilotsuz uçuş aparatlarını (PUA) öz ərazisində istehsal edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Washington Post" qəzeti ABŞ və Qərb kəşfiyyatına istinadən məlumat yayıb.
Bildirilir ki, tərəflər PUA-ların istehsalı barədə razılığa gəlib.
Məlumata görə, Rusiyanın müdafiə sənayesi üzrə danışıqlar aparan nümayəndə heyəti Tehrana səfər edib. İran-Rusiya razılaşmasının təfərrüatları noyabrın əvvəlində keçirilən görüşdə yekunlaşdırılıb, lakin bununla bağlı mətbuata açıqlama verilməyib.
Akif İsmayılov