Modern.az

“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib

“Pəncə-Qılınc” əməliyyatında 184 terrorçu məhv edilib

Dünya

22 Noyabr 2022, 00:02

Türkiyə Silahlı Qüvvələri son əməliyyat çərçivəsində 184 terrorçunu zərərsizləşdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib.

 

Nazir bildirib ki, "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində qurudan atəşə dəstək, havadan isə aviasiya vasitələri ilə terrorçulara ağır zərbələr endirilib.

 

Akar qeyd edib ki, əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, guya qərargah və təlim düşərgələrindən ibarət ümumilikdə 89 hədəf ilk mərhələdə məhv edilib.

 

Nazir əməliyyatların son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini diqqətə çatdırıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?