Modern.az

Ermənistanda zəncirvari qəza - 9 nəfər yaralandı 

Ermənistanda zəncirvari qəza - 9 nəfər yaralandı 

22 Noyabr 2022, 23:51

Noyabrın 22-də Ermənistanın Basarkeçər bölgəsində (Qeqarkunik) ağır yol qəzası baş verib.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, 7 avtomobilin iştirakı ilə zəncirvari qəza olub.

 

Hadisə nəticəsində 9 nəfər müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

 

Polis və istintaq şöbəsi sürücülərin və xəsarət alanların kimliyini müəyyənləşdirir. Qəzanın ilkin səbəbi açıqlanmayıb.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?