Modern.az

Avropa Parlamentinə kiberhücum edildi

Avropa Parlamentinə kiberhücum edildi

Dünya

23 Noyabr 2022, 19:51

Avropa Parlamentinin internet saytına kiberhücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

 

Məlumata görə, parlament Rusiyanı terrorizmin himayədarı kimi tanıdıqdan sonra sayt kiberhücuma məruz qalıb.

 

Qeyd edək ki, bu gün Avropa Parlamenti səs çoxluğu ilə Rusiyanı terrorçuluğu himayə edən dövlət kimi tanıyıb. Qəbul edilən sənəd hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?