Ukrayna ordusu bu gün Rusiya tərəfindən atılan 67 qanadlı raketdən 51-ni vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı "Telegram" kanalında bildirib.
O, təkcə Kiyevə 30 raketin buraxıldığını, 20-nin vurulduğunu qeyd edib.
Xatırladaq ki, zərbələr nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib. Ölən və yaralananlar var.
Akif İsmayılov