Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynada müharibənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə o, KTMT sammitində çıxışı zamanı danışıb.
“Mən hesab edirəm ki, sülh formulunun birgə kollektiv axtarışının vaxtı çatıb. İstənilən müharibə sülh danışıqları ilə başa çatır. Biz heç olmasa atəşkəsə nail olmaq üçün hər şansdan istifadə etməliyik”, - deyə Tokayev bildirib.
“Danışıqların İstanbul raundu buna ümid verdi, lakin razılaşma müxtəlif səbəblərdən “pozulub”. Biz imkan verə bilmərik ki, qardaş rus və ukrayna xalqları on və yüz illərlə yollarını ayırsınlar”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.
Akif İsmayılov