Modern.az

İsmayılın ölümünə görə 49 nəfər edam ediləcək

İsmayılın ölümünə görə 49 nəfər edam ediləcək

24 Noyabr 2022, 19:05

Əlcəzair məhkəməsi meşə yanğınları törətməkdə günahlandırılan şəxsin öldürülməsində iştirak edən 49 nəfəri ölüm cəzasına məhkum edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Al Arabia" nəşri məlumat yayıb.

 

Hadisə ötən ilin avqustunda baş verib. Əlcəzairdə baş vermiş meşə yanğınları ölkə daxilində 90 nəfərin həyatına son qoyub. 

 

38 yaşlı Djamel Ben İsmayıl adlı şəxs meşə yanğınları törətməkdə şübhəli bilinib. İnsanlar şübhəli şəxsin yerini müəyyən edərək ona hücum edərək döyüb və öldürüblər.

 

Sonradan məlum olub ki, İsmayıl könüllü kimi yanğınların söndürülməsinə köməklik etmək üçün əraziyə gedib.

 

Qeyd edək ki, noyabrın 24-də Əlcəzairin paytaxtında məhkəmə şəxsin öldürülməsinə görə 49 nəfəri edam cəzasına məhkum edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu