Modern.az

Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Dünya

26 Noyabr 2022, 22:24

Norveç hökuməti enerji təchizatını dəstəkləmək üçün Ukraynaya 2 milyard Norveç kronu (təxminən 195 milyon dollar) məbləğində yardım ayırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

 

Norveçin maliyyə naziri Trygve Slagsvoll Vedum Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ukraynaya qaz almaq üçün maliyyə yardımı veriləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?