Modern.az

Ərdoğandan Yunanıstana sərt MESAJ

Ərdoğandan Yunanıstana sərt MESAJ

28 Noyabr 2022, 13:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstandakı türklərin hüquqlarını müdafiə edib.

 

Modern.az xəbər verir ki, Ərdoğan bu barədə İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı danışıb.

 

"Yunanıstandakı müsəlman türk azlığına qarşı illərdir sürən haqsız və hüquqsuz addımlar artaraq davam edir. Ana dillərini öyrənməyə icazə verilmir, kimlikləri rədd edilir. Kipr türkü olan qardaşlarımızın da yaşadığı hüquq pozuntularını bilirsiniz. İslam aləmi bu yaşananlara daha seyirçi qalmamalıdır. İslam ölkələri Qərbi Trakiyadakı türklərə qarşı laqeyd qalmamalıdır", - deyə Türkiyə prezidenti bəyan edib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu