Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın xarici işlər naziri və hökumət başçısının müavini Reşit Meretovu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edib.
Qeyd edək ki, R.Meretov Türkiyədə rəsmi səfərdədir.