“NATO vəziyyətin siyasi-diplomatik yolla həllində maraqlı deyil”.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Ukraynanı silahlandıran NATO-nun Rusiyanı hərbi cinayətlərdə ittiham etməsinə toxunan XİN rəsmisi Alyansa məxsus peyklərin hədəf olduğunu bəyan edib.
“Ukraynaya kömək edən NATO peykləri Rusiya Silahlı Qüvvələrinin hədəfinə çevrilir”, - deyə M.Zaxarova qeyd edib.