Modern.az

Senat eynicinslilərin nikahına dedi 

Senat eynicinslilərin nikahına HƏ dedi 

30 Noyabr 2022, 21:15

ABŞ Senatı eynicinsli və irqlərarası nikah hüququnu qoruyan “Evliliyə hörmət” adlı qanun layihəsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

 

Qanun layihəsinə Demokrat partiyası və 12 respublikaçı senator müsbət səs verib.

 

Ümumilikdə qanun layihəsini 61 senator dəstəkləyib, 36 nəfər isə əleyhinə çıxıb.

 

Sözgedən qanun layihəsi növbəti mərhələdə təsdiqlənmək üçün Nümayəndələr Palatasına qaytarılacaq. Bundan sonra ABŞ prezidenti Co Baydenin imzası lazım olacaq.

 

Demokratlar qanun layihəsini ilin sonuna qədər qəbul etməyə tələsirlər. Yanvar ayından etibarən Konqresin tərkibi son seçkilərinin nəticələrinə görə dəyişəcək və aşağı palatada əksəriyyət respublikaçılara keçəcək.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu