Modern.az

Ermənistandakı təyyarə qəzasının təfərrüatı - Ölənlər ruslardır

Ermənistandakı təyyarə qəzasının təfərrüatı - Ölənlər ruslardır

Dünya

1 Dekabr 2022, 16:57

Ermənistanın Kotayk vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı detallar açıqlanıb.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin təmsilçisi Qevorq Sedrakyan məlumat yayıb.

Onun sözlərinə görə, qəzada həlak olan 2 nəfər Rusiya Federasiyasının vətəndaşlarıdır.

FHN rəsmisi bildirib ki, qəzanın ilkin ehtimal olunan səbəbi əlverişsiz hava şəraiti güman edilir.

“Duman səbəbindən görmə məsafəsinin azlığı və ərazinin relyefi qəzanın baş verməsinə səbəb olub”, - deyə Sedrakyan bildirib.

Qeyd olunub ki, hazırda qəza ilə bağlı araşdırmalar davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?