Modern.az

PKK-ya dəstək olmayın! - Akar NATO ölkələrinə səsləndi

PKK-ya dəstək olmayın! - Akar NATO ölkələrinə səsləndi

1 Dekabr 2022, 17:00

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin NATO üzvü olan müttəfiqlərinə müraciət edib.

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, nazir bəzi NATO ölkələrinin PKK terror təşkilatına kömək etdiyini bildirib.

“Öz uniformalarınızı terrorçulara geyindirməyin. Bayraqlarınızın onlar tərəfindən istifadə olunmasına imkan verməyin, İŞİD-lə mübarizə bəhanəsi altında PKK-ya dəstək olmayın. Olduğunuz bölgələrdən terrorçuları uzaq tutun”, - deyə nazir bəyan edib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?