Modern.az

Türkiyədə təyyarə qəzası baş verdi - Ölənlər var

Türkiyədə təyyarə qəzası baş verdi - Ölənlər var

1 Dekabr 2022, 17:12

Türkiyədə kiçiktutumlu təyyarə qəzaya uğrayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib.

 

Bu barədə məlumat verən Bursa valisi Yakup Canpolad qəzanın Osmanqazi rayonunda qeydə alındığını bildirib. Onun sözlərinə görə, təkmotorlu kiçik təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

 

Hazırda hadisənin səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu