Modern.az

Litva rus diplomatı ölkədən qovdu 

Litva rus diplomatı ölkədən qovdu 

Dünya

1 Dekabr 2022, 18:52

Litva Rusiya səfirliyinin əməkdaşlarından birini persona non-qrata elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səfirliyin əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlə məşğul olmaqda ittiham edilir. Diplomatik nümayəndəliyin adı açıqlanmayan əməkdaşına beş gün ərzində Litva ərazisini tərk etmək əmri verilib.

 

Rusiya səfirliyi diplomatın Xarici İşlər Nazirliyinə çağırıldığını təsdiqləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu