Türkiyə ordusu Suriyanın şimalında daha 5 terrorçunu zərərsizləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında təsbit etdiyi 5 PKK/YPG terrorçusunu məhv edib.
“Terrora və terrorçuya keçid yoxdur! Terrorla mübarizəmiz təsirli və qərarlı şəkildə davam edəcək”, - deyə paylaşımda qeyd olunub.