Modern.az

Müxalif deputatdan hakim partiyaya etiraz - Qarabağa görə...

Müxalif deputatdan hakim partiyaya etiraz - Qarabağa görə...

Dünya

2 Dekabr 2022, 12:30

Ermənistan parlamentinin müxalif “Hayastan” fraksiyasının üzvü, deputat Andranik Tevanyan hakim “İctimai Müqavilə” partiyasını sərt tənqid edib.

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, deputat baş nazir Nikol Paşinyanın partiyasını Qarabağla bağlı Ermənistanın maraqlarına uyğun olan ifadələrdən istifadə etməməkdə günahlandırıb. 

O, müxalifətin bu mövzuda hakimiyyətlə tamamilə əks mövqelərdə durduğunu bəyan edib.

A.Tevanyan həmçinin hakim partiyanı Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini rəsmi şəkildə pisləmədiyi üçün qınayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu