Modern.az

Saakaşvili siyasətlə məşğul olmayacaq - Eks-prezidentin anası

Saakaşvili siyasətlə məşğul olmayacaq - Eks-prezidentin anası

2 Dekabr 2022, 12:50

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili siyasi fəaliyyətlə məşğul olmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə onun anası Qiuli Alasaniya siyasətçinin feysbuk səhifəsində yazıb.

 

“Mixail Saakaşvili bundan sonra Gürcüstanın siyasi həyatında iştirak etməyəcək”, - deyə Q.Alasaniya vurğulayıb. O, oğlunun həbsi ilə bağlı hazırkı Gürcüstan hakimiyyətini günahlandırmadığını vurğulayıb.

 

Qeyd edək ki, 2003-2012-ci illərdə Gürcüstan prezidenti olmuş M.Saakaşvili bu il oktyabrın 1-də Tbilisidə saxlanılıb. Ötən at onun səhhəti pisləşib. Onda qızdırma və iştahsızlıq əmələ gəlib, çəkisini sürətlə itirdiyi, əzələlərində ağrı və atrofiya qeydə alınıb. Saakaşvilinin saç nümunəsinin toksikoloji müayinəsi zamanı orqanizmdə həddindən artıq civə və digər ağır metallar aşkar edilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu