Modern.az

Türkiyədə limanda partlayış olub - YENİLƏNİB

Türkiyədə limanda partlayış olub - YENİLƏNİB

2 Dekabr 2022, 13:18

Samsunda baş verən partlayışın detalları məlum olub.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, partlayış Qara dəniz sahillərində yerləşən limanda digər gəmilərdən yığılan tullantı yağların toplandığı tankerdə baş verib.

 

Partlayışdan sonra başlayan yanğın müdaxilə nəticəsində dərhal söndürülüb. Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.

 

***

12:54

 

Türkiyənin Samsun şəhərində partlayış olub.

 

Modern.az “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə Samsun limanında baş verib.

 

Partlayışdan sonra yanğın başlayıb. Detallar barədə məlumat verilməyib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu