Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Moskva Suriya və Türkiyə prezidentləri arasında görüşün təşkilati işləri üzərində çalışır.
Modern.az xəbər verir ki, Lavrentyev görüşün Rusiyada keçirilə biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü həmişə mövcuddur və Moskva bunu dəstəkləyir.
"Bir daha deyirəm - Türkiyə bu görüşlər bağlı təklifi nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq, bu istiqamətdə işləyirik", - Lavrentyev əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, Moskva hiss edir ki, prezident Ərdoğan da Türkiyə ilə Suriya arasında yaxınlaşma istəyir.
“Bununla belə, Ankara ilə Dəməşqin tam yaxınlaşmasına iki amil mane olur” - Lavrentyev qeyd edib:
“Türkiyə qoşunlarının Suriya ərazisinə daxil olması və Türkiyə tərəfindən Suriya müxalifətinə tam dəstək”.
Bundan əvvəl Türkiyə prezidenti Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünün mümkünlüyünü açıqlamışdı.