Modern.az

Özbəkistan qaz ittifaqına qoşulmaqda maraqlıdır - Rusiya rəsmisi

Özbəkistan qaz ittifaqına qoşulmaqda maraqlıdır - Rusiya rəsmisi

Dünya

2 Dekabr 2022, 14:10

Rusiya baş nazirinin müavini Aleksandr Novak rəsmi Daşkəndin Rusiya-Qazaxıstan-Özbəkistan üçtərəfli qaz ittifaqına qoşulmaqda maraqlı olduğunu açıqlayıb.

 

Modern.az “TASS”a istinadən xəbər verir ki, A.Novak bununla bağlı dialoqun davam etdirilməsinə dair razılıq əldə olunduğunu bildirib.

 

Onun sözlərinə görə, bu barədə Rusiya baş naziri Mixail Mişustinin Özbəkistan paytaxtı Daşkənd şəhərinə səfəri çərçivəsində iki ölkənin hökumət başçıları səviyyəsində keçirilmiş birgə komissiyanın iclasında qərar qəbul edilib.

 

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ötən ay Rusiyaya səfəri zamanı rusiyalı həmkarı Vladimir Putin tərəfindən Rusiya-Qazaxıstan-Özbəkistan üçtərəfli qaz ittifaqının yaradılması təklifinin irəli sürüldüyü bəyan edilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu