Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin terrorla mübarizə tədbirləri haqqında məlumat verib.
Modern.az “TRT Haber”ə istinadən bildirir ki, Akar bu barədə Çanaqqala şəhərində çıxışı zamanı danışıb.
“İŞİD-ə qarşı üzbəüz savaşan tək ordu Türkiyə Silahlı Qüvvələridir. 4500 terrorçunu məhv edən də Türkiyə ordusudur”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, “Pəncə-Kilid” əməliyyatı nəticəsində 491 terrorçu zərərsizləşdirilib: “Bu günə qədər olduğu kimi lazım olanları edəcəyik”.